Azərbaycan güləşçiləri 1 qızıl, 2 bürünc qazanıblar - FOTO/YENİLƏNİB

Xəbərlər
2 İyul 2025 21:28
87
Azərbaycan güləşçiləri 1 qızıl, 2 bürünc qazanıblar - FOTO/YENİLƏNİB

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qitə birinciliyinində yunan-Roma güləşində son qaliblər bəlli olub.

Bu gün daha 4 güləşçimiz medal uğrunda yarışır. Onlardan üçü medala sahib çıxıb.

U20 Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq

Ayxan Cavadov finalda isveçli Adam Silverinlə qarşılaşıb. Gərgin keçən mübarizə 1:1 hesabı ilə yekunlaşıb. Ayxan keyfiyyətli xal hesabına Avropa çempionu olub.

67 kq
Fəraim Mustafayev bürünc uğrunda Abdullah Keskinlə (Türkiyə) güləşib. 7:5 hesabı ilə qalib gələn Fərahim çempionatı 3-cü pillədə başa vurub.

72 kq
Seymur Qasımov bürünc medal qazanmaq şansını qaçırıb. O, yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabı ilə uduzub.

82 kq
Elmin Əliyev bürünc medal uğrunda serbiyalı Oqnyen Yakovlyeviç yarışıb. 11:0 hesabı ilə qalib gələn idmançımız fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri 3 gümüş qazanıblar.