Millimizin böyük məşqçisi: “Avropa çempionatında komandanın demək olar 50 faizi medal qazandı”

Xəbərlər
13 İyun 2025 10:44
40
Millimizin böyük məşqçisi: “Avropa çempionatında komandanın demək olar 50 faizi medal qazandı”

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Taleh İsrafilov komandanın Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan Avropa çempionatındakı çıxışına münasibət bildirib.

İdman.biz xəbə verir ki, o, “Report”a açıqlamasında yarışın çox yaxşı keçdiyini vurğulayıb.

“Müəyyən çətinliklərimiz var idi, amma öhdəsindən gəldik. Komandanın demək olar 50 faizi medal qazandı. Dünya çempionatına hazırlıqla bağlı planları rəhbərliklə dəqiqləşdirəcəyik. Daha sonra bununla bağlı məlumat veriləcək”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-17 Avropa çempionatını 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) Avropa çempionu olublar. Əli Nəzərov (60 kq) gümüş medal əldə edib. Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Millimiz 116 xalla komanda hesabında üçüncü olub.

İdman.biz