Dünya çempionatı: Xetaq Karsanov gümüşlə kifayətlənib

Xəbərlər
7 Sentyabr 2024 22:13
885
Dünya çempionatı: Xetaq Karsanov gümüşlə kifayətlənib

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Millimizin 5 üzvü xalça üzərinə çıxıb.

U-20 dünya çempionatı
Sərbəst güləşi
Final

97 kq
Xetaq Karsanov ilk görüşdə rəqibi Aitenir Maksatova (Qırğızıstan) heç bir şans verməyib, 11:0. Daha sonra Rifat Ereni (Türkiyə) gərgin keçən mübarizədə 2:1 məğlub edən Xetaq yarımfinala yüksəlib. Onun növbəti rəqibi slovakiyalı Adam Jaksik olub. İdmançımız 5:0 hesabı ilə qalib gələrək, finalçı olub. Karsanov həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aitmukan ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 2 gümüş, 2 bürünc medal qazanıb. Bundan əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Qadın güləşində isə Nərgiz Səmədova (55 kq) yarışı üçüncü tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: