Olimpiyaçımız zədə səbəbindən hazırlıqdan kənar qalıb

Xəbərlər
13 İyun 2024 16:08
244
Olimpiyaçımız zədə səbəbindən hazırlıqdan kənar qalıb

Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadənin (57 kq) durumuna aydınlıq gəlib.

Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısının İdman.bizə verdiyi məlumata görə, sol çiynindəki zədəsi səbəbindən təlim-məşq toplanışına qatıla bilməyəcək.

Macarıstanın paytaxtı Budapeştə keçirilən reytinq turnirində zədələnən pəhləvan bir gün öncə Bakıda həkim müayinəsində olub. O bildirib ki, həkimlərin məsləhəti ilə fizioterapiya keçəcək: “Bu müalicə ilə yanaşı, ayaq məşqlərini edəcəm. Amma ciddi bir şey yoxdur. Tam müalicəmi bitirdikdən sonra təlim-məşq toplanışına qatılıb, xalça məşqlərində də iştirak edəcəm. Zədə ilə bağlı hazırda start götürən toplanışdan kənar qalmışam”.

Qeyd edək ki, Rzazadə Budapeştdə zədələndiyi üçün bürünc medal uğrunda görüşə də çıxmayıb.

Banuçiçək Hüseynli
İdman.biz