Əliabbas Rzazadə: “Bu nəticə sürpriz deyil” - VİDEO

Müsahibə
13 Aprel 2024 14:48
506
Əliabbas Rzazadə: “Bu nəticə sürpriz deyil” - VİDEO

“Yarışa az qalmış haqqımızda yazılan şərhləri oxuyurdum. Daha çox yunan-Roma güləşçilərimizdən lisenziya gözləyirdilər”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) deyib.

O, son zamanlar komandasının nəticələrin olmamasına baxmayaraq, Bakıda Avropa Olimpiya Təsnifat Turnirində qazanılan 5 lisenziyanın sirrini açıqlayıb: “Yazırdılar ki, sərbəst güləşçilərimiz yenə də özlərini doğrulda bilməyəcəklər. Lakin biz özümüzü sübut etdik. Avropanın ən güclüsü olduq. Bu nəticəyə sürpriz deməzdim. Çünkü bu yolda konkret hazılıqlar getdi, rejimimizə, məşqlərimizə ciddi yanaşdıq. Biz hər bir tərəfdən təmin olunmuşuq. Bircə güləşməyimiz qalırdı. Onu da bacardıq və özümüzü doğrultduq. Məşqçilər Xetaq Qazyumovla Cəbrayıl Həsənovun da rolu böyük oldu”.

Rzazadə bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməsini karyerasında ən yüksək nəticə hesab edir: “Çünki Avropa, dünya çempionatı hər zaman olur. Amma Təsnifat turnirləri 4 ildən bir keçirilir. Hər bir idmançının arzusu Olimpiadada çıxış etmək və çempion olmaqdır. Mən buna 1 addım da daha yaxınlaşdım. Artıq məni Olimpiya Oyunlarının qızıl medalı maraqlandırır. Kolleksiyama bu medalı da əlavə etmək istəyirəm”.

Qeyd edək ki, sərbəst güləşçilərimiz Parisdə tam heyətlə təmsil olunacaqlar. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq) Maqomedxan Maqomedova (97 kq) və Giorgi Meşvildişvili (125 kq) Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq.

Emin Ağa
İdman.biz