Əliabbas Rzazadədən Turana dəstək: “Kimlərə kömək olunduğunu yaxşı görsünlər” – VİDEO

Müsahibə
13 Aprel 2024 12:29
509
Əliabbas Rzazadədən Turana dəstək: “Kimlərə kömək olunduğunu yaxşı görsünlər” – VİDEO

“Turan Bayramov bizim gənc və güclü idmançılarımızdan biridir. Ona ümidlər böyükdür”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) deyib.

O, 74 kq-da müzakirələrə səbəb olan Turan Bayramov - Franko Çamizo görüşündən danışıb: “İtaliyalı ilə görüşü izləyirdim. Hər hansısa ölkədə yarış keçiriləndə yerli idmançıya müəyyən qədər köməklik olunur. Axırıncı dəqiqələrdə isə xal yox idi. Düzgün qərar idi. Turan da bundan əvvəl Çamizo ilə qarşılaşmışdı. Tokio-2020-də Turana 2 “passiv” verdilər. Əslində, hər ikisinə 1 xəbərdarlıq edilməliydi. 2015-ci ildə Frankın Toğrul Əsgərovla görüşünü izləmişdim. Olimpiya çempionumuz onu məğlub etmişdi, lakin italiyalıya çox köməklik olunmuşdu. Həmin vaxt görmədim ki, yazsınlar Toğrul uddu, qələbəni rəqibə verdilər. O görüşü açıb izləsəz görəcəksiniz ki, Əsgərov bu səbəbdən dünya çempionu ola bilmədi. Kimlərə nə qədər kömək olunduğunu yaxşı görsünlər”.

Qeyd edək ki, Bayramov yarımfinalda Frank Çamizonu (İtaliya) xalların keyfiyyətinə görə üstələyib – 8:8.

Emin Ağa
İdman.biz