Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürüb.
İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil oluna yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Azərbaycan millisinin 4 “kalssik”i də Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə üçün yarışa qoşulub. Finalçıları lisenziya qazanacaq turnirin ilk günündə 12 olimpiyaçının adı bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan turnirdə ümumilikdə 14 idmançı ilə təmsil olunur.
İdman.biz