Uşaq atasına kömək etmək üçün tatamiyə qaçdı - VİDEO

31 Avqust 2026 06:45
179
Uşaq atasına kömək etmək üçün tatamiyə qaçdı - VİDEO

Türkiyənin İstanbul şəhərində keçirilən ACB JJ 22 qrapplinq turnirində Umar İsipov - Radjab Maqomedov qarşılaşması zamanı qeyri-adi hadisə baş verib.

İdman.Biz xəbər verir ki, döyüşçülərdən birinin azyaşlı oğlu atasının rəqiblə mübarizə apardığını görərək qəfil döşəyə daxil olub.

Uşaq atasına kömək etmək istəyib, lakin hakimlər və ətrafdakılar dərhal müdaxilə edərək onu yarış zonasından uzaqlaşdırıblar.

İdman.Biz