Hakimlərimiz U-20 dünya çempionatında uğurla fəaliyyət göstəriblər

27 Avqust 2026 03:51
100
Hakimlərimiz U-20 dünya çempionatında uğurla fəaliyyət göstəriblər

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycanı hakimlər də uğurla təmsil ediblər.

İdman.Biz xəbər verir ki, birinci dərəcəli beynəlxalq hakimlərimiz Tural Əliyev və Vüqar Şükürov mundialın görüşlərində ədaləti qoruyublar.

Qeyd edək ki, hər iki referi eyni zamanda I-S kateqoriyası üçün keçirilən imtahanda iştirak edib.

İdman.Biz