Aba güləşçilərimiz Hatayda iki medal qazanıblar

12 Avqust 2026 13:27
126
Aba güləşçilərimiz Hatayda iki medal qazanıblar

Türkiyənin Hatay şəhərində türk dilli xalqlar arasında aba güləşi üzrə beynəlxalq turnir keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində yarışan idmançılarımız turnirdə uğurlu nəticələr əldə ediblər.

65 kq çəki dərəcəsində mübarizə aparan Mirfəttah Seyidəliyev bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

+90 kq çəki dərəcəsində çıxış edən Eyvaz Nəsibli isə yarışı üçüncü pillədə başa vuraraq bürünc medala sahib olub.

Komanda hesabında Türkiyə birinci, Özbəkistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

İdman.Biz