Bu gün güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
İdman.Biz xəbər verir, Bakı İdman Sarayında baş tutan mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev iştirak ediblər.
