Jalə Əliyeva: “Bir işə inamla girişsən, nəticə əldə edəcəksən”

Xəbərlər
19 Noyabr 2025 22:52
35
Jalə Əliyeva: “Bir işə inamla girişsən, nəticə əldə edəcəksən”

“Qalib gəldiyim üçün çox sevinirəm”.

İdman.Biz xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın güləşçisi Jalə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa ciddi hazırlaşdığını bildirib:

“Yarışa çox ciddi hazırlaşmışdım. Mənə dəstək olan azarkeşlərə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Çempionluğumda əməyi olan məşqçilərimə də minnətdarlığımı çatdırıram. Bu il 2 dəfə ağır zədə almışıdm. Ona görə tam istədiyim kimi çıxış edə bilmirdim. Bununla belə, sonda qalib gələn tərəf oldum. Bir işə inamla, ürəklə girişsən sonda nərticə əldə edəcəksən”.

Qeyd edək ki, Jalə Əliyeva həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.

İdman.Biz