Müxtəlif şəhər və rayonların güləş zalları baxışdan keçirilib.
Bu barədə İdman.biz-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Qurumun nümayəndə heyəti III MDB Oyunlarının keçirildiyi günlərdə Gəncə şəhərində, Göygöl, Qazax, Şəmkir və Tovuz rayon mərkəzlərində, həmçinin bir sıra kəndlərdə yerləşən güləş zallarında mövcud şəraitlə tanış olub.
Səfər çərçivəsində yerli mütəxəssislərin təklifləri dinlənilib, bölgədə güləşin inkişaf yolları müzakirə edilib.
Gələcəkdə digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.