Mareska “Mançester Yunayted”lə oyunda kobud səhv etmiş qapıçıdan razıdır

Xəbərlər
26 Sentyabr 2025 19:51
32
Mareska “Mançester Yunayted”lə oyunda kobud səhv etmiş qapıçıdan razıdır

“Çelsi”nin baş məşqçisi Entso Mareska komandanın qapıçıları haqda fikirlərini bildirib.

İdman.biz bildirir ki, məşqçi ispaniyalı Robert Sançesin oyunundan razı qaldığını qeyd edib.

“Sançes uzun müddət çox yaxşı idi. O, ötən mövsümün sonunda və bu mövsümün əvvəlində əla idi. Robert "Mançester Yunayted"lə oyunda səhv etdi və o, bunu etiraf etdi. Mən əvvəllər demişdim ki, qapıçı və ya yarımmüdafiəçinin səhvi eyni şeydir. Biz Sançesdən razıyıq, Filip Yorgensendən razıyıq. Robertlə heç bir problem yoxdur”, - Mareska deyib.

Xatırladaq ki, Sançes “Mançester Yunayted”lə oyunun 5-ci dəqiqəsində qırmızı vərəqə alıb. Qarşılaşma “Çelsi”nin 2:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

İdman.biz