La Liqa: “Barselona”dan möhtəşəm geridönüş - VİDEO

Xəbərlər
26 Sentyabr 2025 01:32
51
La Liqa: “Barselona”dan möhtəşəm geridönüş - VİDEO

İspaniya La Liqasında 6-cı turun iki oyunu baş tutub.

İdman.biz bildirir ki, ilk olaraq “Osasuna” və “Elçe” üz-üzə gəliblər.

Meydan sahiblərindən Munyosun 10-cu dəqiqədə vurduğu qola qonaqlar 90+2-də Pedrosanın topu ilə cavab veriblər - 1:1.

Turun digər qarşılaşmasında “Ovyedo” La Liqa nəhəngi “Barselona”nı qəbul edib.

Görüşdə hesabı 33-cü dəqiqədə Reyna açıb - 1:0. O, qapıçının səhvindən məharətlə istifadə edərək 40-metrdən topu qapıya göndərib. Birinci hissə bu hesabla bitib.

İkinci hissənin 56-cı dəqiqəsinəd “Barselona” cavab topunu vurub. Bunu Qarsia edib.

70-ci dəqiqədə isə Levandovski “Barselona”nı irəli çıxarıb.

78-ci dəqiqədə isə Arauxo üçüncü topu meydan sahiblərinin qapısından keçirib - 1:3.

Oyun bu hesabla qurtarıb. Bu qələbədən sonra “Barselona” 16 xalla turnir cədvəlində ikincidir.

İdman.biz