Fernandeş "Mançester Yunayted"in heyətində 100-cü qolunu vurub - VİDEO

Xəbərlər
20 Sentyabr 2025 23:51
34
Fernandeş "Mançester Yunayted"in heyətində 100-cü qolunu vurub - VİDEO

İngiltərə premyer Liqasının 5-cu turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Çelsi" oyunu 2:1 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

İdman.biz bildirir ki, oyunda ilk qolu yarımmüdafiəçi Bruno Fernandeş vurub. Bu, portuqaliyalı yarımmüdafiəçinin Premyer Liqada 200-cü oyununda "qırmızı şeytanlar"ın heyətində vurduğu 100-cü qoldur.

Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir və bu müddət ərzində klubda bütün turnirlərdə 296 oyuna çıxıb, 100 qol vurub və 86 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt-ın məlumatına görə, yarımmüdafiəçinin hazırkı transfer dəyəri 50 milyon avrodur.

İdman.biz