Hansi Flik: "Bu gün çoxlu səhvlər etdik"

Xəbərlər
19 Sentyabr 2025 04:18
34
Hansi Flik: "Bu gün çoxlu səhvlər etdik"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının ilk turunda komandasının "Nyukasl"a qarşı oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz bildirir ki, qarşılaşma 2:1 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb.

"Turnirə üç xalla başlamaq çox vacibdir. Komanda bu gün fantastik idi. Ola bilsin ki, bu gün çoxlu səhvlər etdik, amma mən çox xoşbəxtəm", - Flik deyib.

Yarışın növbəti turunda Kataloniya klubu "Pari Sen-Jermen"lə qarşılaşacaq. Oyun oktyabrın 1-də İspaniyada keçiriləcək. Fransa klubu Çempionlar Liqasının hazırkı qalibidir.

İdman.biz