ÇL: "Qalatasaray"dan acınacaqlı məğlubiyyət - VİDEO

Xəbərlər
19 Sentyabr 2025 00:57
53
ÇL: "Qalatasaray"dan acınacaqlı məğlubiyyət - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində İstanbulun "Qalatasaray" klubu "Ayntraxt"la qarşılaşıb.

İdman.biz bildirir ki, oyun Almaniyada keçirilib.

Görüşün 8-ci dəqiqəsində Yunus Akgün İstanbul klubunu irəli çıxarıb - 0:1. 37-ci dəqiqədə Sançes öz qapısına qol vurmaqla hesabı bərabərləşdirib - 1:1. 45+2-də Can Uzun "Ayntraxt"ı irəli çıxarıb. Lakin birinci hissə bu hesabla bitməyib. Burxardt 45+4-də hesab arasındakı fərqi artırıb - 3:1.

İkinci hissədə 66-cı dəqiqədə Burxardt oyunda özünün ikinci topunu vurub. 75-ci dəqiqədə isə Knauff 5-ci topu İstanbul klubunun qapısından keçirib - 5:1.

Xatırladaq ki, Frankfurtun "Ayntraxt" klubu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Komandalar arasında matç 2026-cı il yanvarın 21-də Bakıda keçiriləcək.

İdman.biz