"Nottingem Forest" Liqa kubokunda mübarizəni dayandırıb

Xəbərlər
18 Sentyabr 2025 02:35
43
"Nottingem Forest" Liqa kubokunda mübarizəni dayandırıb

İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Suonsi Siti" evdə "Nottingem"i 3:2 hesabı ilə məğlub edib.

İdman.biz bildirir ki, Kemeron Bercess qaliblərin iki qolunu vurub. Meydan sahibləri oyunun gedişində 2:0 hesabı uduzsalar da, geridönüş ediblər.

Bu görüş "Nottingem"in müdafiəçisi Aleksandr Zinçenkonun debütü olub. O, start heyətində meydana çıxıb, lakin məhsuldar heç nə ilə yadda qalmayıb.

Ukraynalı futbolçu ötən yay "Arsenal"dan icarə əsasında "Nottingem"ə keçib.

Bu oyun həmçinin məşqçi Anje Postekoğlu üçün də "Nottingem"də ilk kubol matçı olub.

İdman.biz