Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Nuri Şahin Türkiyə Superliqasındakı "Başakşehir"ə keçib.
İdman.biz bildirir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Mütəxəssis yeni komandası ilə 3 illik əmək müqaviləsi imzalayıb.
Şahin futbolçu karyerası ərzində "Borussiya Dortmund", "Feyenoord", "Real Madrid" və digər komandalarda çıxış edib. Mütəxəssis məşqçilik karyerasına “Antalyaspor”da başlayıb, daha sonra 2025-ci ilin yanvarında tərk etdiyi “Borussiya Dortmund”da çalışıb: həmin vaxt komanda Bundesliqa turnirində 10-cu yerdə idi.
"Başakşehir" hazırda Türkiyə Superliqasının turnir cədvəlində 16-cı yerdədir.
İdman.biz