"Real Madrid"in futbolçusu ilə Səudiyyə Ərəbistanının üç klubu maraqlanır

Xəbərlər
16 Sentyabr 2025 21:30
49
"Real Madrid"in futbolçusu ilə Səudiyyə Ərəbistanının üç klubu maraqlanır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad” klubları müqaviləsi 2026-cı ilin yayında başa çatacaq “Real Madrid”in müdafiəçisi Antonio Rüdigerlə maraqlanır.

İdman.biz bildirir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkədə məlumat verib.

Məlumata görə, Səudiyyə Ərəbistanı klubları həm futbolçunu, həm də "Real"ı şirnikləndirmək ümidi ilə sərfəli təkliflər hazırlayır.

Rüdiger cari mövsümdə cəmi bir oyun keçirib. Ötən mövsüm alman futbolçu bütün turnirlərdə 55 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 20 milyon avrodur.

İdman.biz