"Benfika" "Qarabağ"la matç öncəsi 6 futbolçusunu itirib

Xəbərlər
15 Sentyabr 2025 20:20
54
"Benfika" "Qarabağ"la matç öncəsi 6 futbolçusunu itirib

Portuqaliyanın "Benfika" klubu Çempionlar Liqasının ümumi mərhələsinin "Qarabağ"la ilk oyununa ciddi heyət itkiləri ilə yaxınlaşıb.

İdman.biz "O Jogo"ya istinadən bildirir ki, Lissabon komandası altı futbolçusundan oyunda istifadə edə bilməyəcək.

Onların siyahısında müdafiəçi Aleksander Bax, yarımmüdafiəçilər Manu Silva və Nuno Feliş, vinger Bruma, həmçinin Dodi Lukebakio və Amar Dediç var. Sonuncu ikisi oyundan əvvəl son məşqi də buraxıblar.

"Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da "Estadio da Luz" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz