Edvin van der Sar Ronaldo ilə bağlı maraqlı xatirəsini danışıb

Xəbərlər
17 Sentyabr 2025 00:18
35
Edvin van der Sar Ronaldo ilə bağlı maraqlı xatirəsini danışıb

"Mançester Yunayted"in keçmiş qapıçısı Edvin van der Sar "qırmızı şeytanlar"da Aleks Ferqyusonun rəhbərliyi altında Kriştiano Ronaldo ilə birlikdə oynadığı dövrlə bağlı xatirələrini bölüşüb.

İdman.biz bildirir ki, Van der Sar 2005-11-ci illərdə “Mançester Yunayted”in qapısını qoruyub.

"Tarixi klubda və Ser Aleks kimi bir məşqçinin rəhbərliyi altında oynamaq böyük şərəf idi. Ferqyusonla əla münasibətim var idi: onun nəvələri mənim uşaqlarımla eyni məktəbdə oxuyublar.

Kristiano inanılmaz idi. Məşqdən əvvəl və sonra həmişə idman zalında olurdu. Mən heç vaxt bu qədər udmaq üçün ac olan bir gənc görməmişdim. O, həmişə mənə deyirdi: “Edvin, mən dünyanın ən yaxşısı olacağam”. Mən ona özünü bu qədər yormamağı məsləhət görürdüm, amma o, haqlı idi”, - La Gazzetta dello Sport van der Sardan sitat gətirir.

Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. O, "qırmızı şeytanlar"ın heyətində ilk "Qızıl top"u qazanıb.

İdman.biz