"Trabzonspor" Andre Onananı icarəyə götürüb

Xəbərlər
12 Sentyabr 2025 00:15
35
"Trabzonspor" Andre Onananı icarəyə götürüb

"Trabzonspor" klubu X sosial şəbəkəsindəki səhifəsində "Mançester Yunayted"in qapıçısı Andre Onananın 2025/26 mövsümünün sonuna kimi icarəyə götürdüyünüi açıqlayıb.

İdman.biz bildirir ki, daha əvvəl Türkiyə klubunun 29 yaşlı qolkiperi almaq hüququ olmadığı bildirilirdi.

Onana 2023-cü ilin yayında "İnter"dən "Mançester Yunayted"ə keçib. Bu müddət ərzində kamerunlu qolkiper bütün turnirlərdə 102 oyun keçirib, onlardan 24-ü "təmiz" saxlanılıb, 150 qol buraxıb.

Transfermarkt-ın məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

İdman.biz