"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe həyatdakı problemlərdən danışıb.
İdman.biz bildirir ki, o, böyük pullar və dəyişiklikləri qəbul etməkdə çətinlik çəkən yaxınlar mövzularına toxunub.
"Pulunuz nə qədər çox olsa, bir o qədər də probleminiz var. Bəzi insanlar həyatınızın dəyişdiyini görmürlər, sizi yenə uşaq kimi görmək istəyirlər, vaxtilə onlarla birlikdə olduğunuz kimi... Amma siz artıq əvvəlki kimi deyilsiniz. Öhdəlikləriniz, işiniz və məsuliyyətiniz var.
Əgər kimsə həyat yolunu sizinlə keçirirsə, bu, gözəl bir hekayədir. Böyümək, zirvələrə çatmaq, ailənin və möhkəm təməlin olması əladır. Amma bəzən belə alınmır... Sevdiklərinizlə əlaqəniz pozulur, çünki münasibətləriniz yolunda getmir. Bu, bir çox idmançıların və görkəmli şəxsiyyətlərin üzləşdiyi problemdir”, - Kilian Mbappe deyib.
İdman.biz