"Barselona" Çempionlar Liqasının ilk matçını səfərdə keçirmək istəyi qəbul olunub.
İdman.biz xəbər verir UEFA Kataloniya klubunun müraciətini müsbət qarşılayıb.
Yenidən qurulan "Nou Kamp" stadionunda işlər başa çatmadığından komanda ilk oyununu səfərdə keçirəcək. "Barselona" ev matçlarını doğma məkanda və ya "Olimpik Lyuis Kompanis"də keçirəcəyi dəqiqələşməyib.
Qeyd edək ki, Çempionlar Liqasında 2025/2026 mövsümünün püşkatması avqustun 28-də atılacaq.
İdman.biz