Salah “İlin futbolçusu” seçilib

Xəbərlər
20 Avqust 2025 00:23
38
Salah “İlin futbolçusu” seçilib

Məhəmməd Salah İngiltərədə “İlin futbolçusu” seçilib.

İdman.biz Peşəkar Futbolçular Assosiasiyasına istinadən xəbər verir ki, “Liverpul”un misirli futbolçusu 3-cü dəfə bu mükafata sahib çıxıb.

33 yaşlı hücumçu daha əvvəl 2017/2018 və 2021/2022-ci illər mövsümlərinndə ilin ən yaxşısı seçilib.

Qeyd edək ki, keçən mövsümdə Salah "mersisaydlılar”ın heyətində 29 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz