Rasmus Hoylund üçün "Napoli" variantı

Xəbərlər
18 Avqust 2025 21:04
39
Rasmus Hoylund üçün "Napoli" variantı

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər.

İdman.biz xəbər verir ki, "Napoli" danimarkalı hücumçunu icarəyə götürmək niyyətindədir.

Neapolluların əsas hücumçusu Romelo Lukaku zədə üzündən təxminən 3 ay yaşıl sahələrdən uzaq qalacaq. İtaliya çempionu Hoylundun keçidi ilə bu problem aradan qaldırmaq istəyir. "Mançester Yunayted" 2028-ci ilədək müqaviləsi olan futbolçuya 40 milyon avro transfer qiyməti qoyub.

Qeyd edək ki, Rasmus 2023-cü ilin yayından "qırmızı şeytanlar"ın heyətində çıxış edir. O, meydana çıxdığı 95 oyunda 26 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz