“Başakşəhər” Konfrans Liqasının pley-off mərhələsində

Xəbərlər
14 Avqust 2025 00:48
29
“Başakşəhər” Konfrans Liqasının pley-off mərhələsində

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, “Başakşəhər” öz meydanında "Vikinq"lə (Norveç) qarşılaşıb.

Səfərdə 3:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi öz meydanında "vikinqlər"in müqavimətini qıra bilməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb və "Başakşəhər" iki matçın nəticəsinə görə pley-offa yüksəlib.

Qeyd edək ki, Türkiyə təmsilçisi pley-off mərhələsində "Universitat Krayova" - "Spartak Trnava" matçının qalibi ilə qarşılaşacaq.

İdman.biz