Canluici Donnarummadan vida paylaşımı

Xəbərlər
13 Avqust 2025 00:32
39
Canluici Donnarummadan vida paylaşımı

Canluici Donnarumma PSJ-dən ayrıldığını açıqlayıb.

İdman.biz xəbər verir ki, italiyalı qapıçı azarkeşlərə müraciətində komandada qalmayacağını deyib.

O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Donnarumma komandanı tərk etdiyinə görə məyus olduğunu bildirib. 26 yaşlı qolkiper azarkeşlərin dəstəyini və sevgisini heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən PSJ-də çıxış edən Canluici 161 oyunda komandanın qapısını qoruyub. O, klubla 10 titul qazanıb.

İdman.biz