"Real" gənc hücumçu Qonsalo Qarsiya ilə müqavilənin müddətini artırıb.
İdman.biz xəbər verir ki, 21 yaşlı futbolçu ilə yeni sövdələşmə 5 illik nəzərdə tutulub.
Qonsalonun müqaviləsində 1 milyardlıq sərbəst qalma maddəsi yer alıb. Qarsiya 2014-cü ildən - 10 yaşından etibarən "Real"ın gənclər sistemində çıxış edir. O, son iki mövsümü klubun ikinci komandasında keçirib.
Qeyd edək ki, Qonsalo "Real"ın əsas komandasında 2023-cü ildə debütünü reallaşdırıb. O, az əvvəl klublararası dünya çempionatında 6 oyunda 4 dəfə fərqlənərək, diqqətləri cəlb edib.
İdman.biz