UEFA Yamal və Levandovskini cərimələyib - VİDEO

Xəbərlər
8 Avqust 2025 19:48
59
UEFA Yamal və Levandovskini cərimələyib - VİDEO

UEFA "Barselona"nın ulduz futbolçuları Lamin Yamal və Robert Levandovskini cəzalandırıb.

İdman.biz xəbər verir ki, buna səbəb onların antidopinq qaydalarını pozmasıdır.

Çempionlar Liqasının "İnter"lə cavab matçından sonra onlar tətyin olunmuş məntəqədə test verməyə gəlməyiblər. Nəticədə UEFA hər iki futbolçunu 5 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, "İnter" iki oyunun nəticəsinə görə, "Barselona"nı mübarizədən kənarlaşdırıb finala yüksəlmişdi.

İdman.biz