"Nyukasl" hücumçu axtarışını davam etdirir.
İdman.biz xəbər verir ki, komanda Randal Kolo-Muanini hədəfə alıb.
Benyamin Şeşkonun keçidini həll edə bilməyən "Nyukasl" fransalı forvardı heyətə cəlb etmək istəyirlər. PSJ-nin əsas heyətinə düşə biləməyən Kolo-Muani gələn təklifləri nəzərdən keçirir. O, son mövsümün ikinci hissəsini icarə əsasında "Yuventus"da keçirib və 16 oyunda 8 dəfə fərqlənib. Turinlilər Randalın keçidini həll edə bilməyiblər.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ildə 90 milyon avroya "Ayntraxt"dan PSJ-yə keçib. Onun komanda ilə 3 illik müqavilə var.
İdman.biz