Kinqsli Koman Kriştiano Ronaldoya komanda yoldaşı ola bilər.
İdman.biz xəbər verir ki, "Əl-Nəsr" fransalı futbolçu ilə danışıqlara başlayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi ili 20-25 milyon avrodan 3 illik müqavilə təklif edib. Hələlik, Koman təkliflər bağlı qərar verməyib. "Əl-Nəsr"in onun çıxış etdiyi "Bavariya" ilə də danışıqlar aparması gözlənilir.
Qeyd edək ki, Kinqsli ötən mövsümdə Almaniya Bundesliqasında 28 oyunda 5 qol və 4 ötürmə ilə yadda qalıb. Münhen klubu futbolçunun transferinə qarşı deyil.
İdman.biz