"Beşiktaş" Fernandes məsələsində "Benfika" ilə anlaşıb

Xəbərlər
29 İyul 2025 21:00
55
"Beşiktaş" Fernandes məsələsində "Benfika" ilə anlaşıb

"Beşiktaş" Jedson Fernandesin 50 faizlik satış haqqını "Benfika"dan alıb.

İdman.biz xəbər verir ki, İstanbul klubunu bunun üçün 10 milyon avro xərcləyib.

26 yaşlı yarımmüdafiəçinin müqaviləsində növbəti satışdan 50 faiz pay var idi. "Beşiktaş" bunun üçün "Benfika" ilə anlaşıb. Portuqaliyalı futbolçunun "Spartak"ın hədəfində olduğu xəbərləri yayılıb. Moskva klubu bu transferə görə 20+5 milyon avro ödəməyə razıdır.

Qeyd edək ki, Fernandes ötən mövsümdə "Beşiktaş"ın heyətində 49 oyunda 12 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz