Növbəti mövsümdə sərbəst qalacaq futbolçuların 11-liyi

Xəbərlər
25 İyul 2025 18:39
58
Növbəti mövsümdə sərbəst qalacaq futbolçuların 11-liyi

2025/2026-cı illər mövsümünün sonunda sərbəst qalacaq futbolçuların simvolik yığması dərc olunub.

İdman.biz xəbər verir ki, heyət "Transfermarkt" portalının dəyərləndirilməsinə əsasən tərtib edilib.

Onlar arasında PSJ-nin qapıçı Canluici Donnarumma, "Barselona"nın yarımmüdafiəçi Frenkie de Yonq və ""Liverpul"dan İbrahim Konatenin adına rast gələmək olar.

2026-cı ildə sərbəst qalacaq 11-lik:

Canluici Donnarumma (PSJ — 40 milyon avro)
İbrahim Konate ("Liverpul" — 60 milyon avro)
Deotşankul Upamekano ("Bavariya" - 50 milyon avro)
Mark Quehi ("Kristal Pelas" — 45 milyon avro)
Frenkie de Yonq ("Barselona" - 45 milyon avro)
Rodriqo Bentankur ("Tottenhem" — 30 milyon avro)
Yulian Brandt ("Borussiya" D — 25 milyon avro)
Bernardo Silva ("Mançester Siti" — 38 milyon avro)
Ceydon Sanço ("Mançester Yunayted" — 28 milyon avro)
Duşan Vlahoviç ("Yuventus" — 35 milyon avro)
Yoan Vissa ("Brentford" - 32 milyon avro)

İdman.biz