Con Tekstor "Kristal Pelas"dakı səhmlərini satıb - klub Avropa Liqasında oynamaq istəyir

Xəbərlər
25 İyul 2025 01:50
37
Con Tekstor "Kristal Pelas"dakı səhmlərini satıb - klub Avropa Liqasında oynamaq istəyir

"Kristal Pelas" Con Tekstorun klubdakı səhmlərini satdığını açıqlayıb.

İdman.biz xəbər verir ki, amerikalı biznesmen 43 faizlik payını "Nyu-Cersi Nets" basketbol klubunun sahibi Vudi Consa satıb.

Sövdələşmənin dəyərinin 190 milyon olduğu bildirilib. "Kristal Pelas" bundan sonra UEFA-nın komandaya Avropa Liqasında çıxışına icazə verəcəyinə ümid edir.

Məlum olduğu kimi, "Lion"un da sahibi Con Tekstor olduğundan UEFA qaydalarına görə, bu komandalar eyni turnirdə iştirak edə bilməzlər. Nəticədə "Pelas" Konfrans Liqasına göndərilib, onu isə Avropa Liqasında "Nottingem Forest" əvəz edib.

Qeyd edək ki, İngiltərə kubokunun qalibi qərara etiraz edərək, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb. "Qartallar" yekun nəticədə arzularına çatacaqlarına inanırlar.

İdman.biz