2026-cı ildə təşkil olunacaq dünya çempionatının ilkin mərhələsinin biletləri satışa çıxarılacaq.
İdman.biz xəbər verir ki, FIFA-nın mətbuat xidməti azarkeşlərin sentyabrın 10-dan bu imkanı əldə edəcəyini açıqlayıb.
Əgər müraciətlərin sayı çox olarsa, biletlərin sahibləri təsadüfi yolla müəyyən ediləcək.
Qeyd edək ki, DÇ-2026-ya Kanada, Meksika və ABŞ evsahibliyi edəcək. İlk dəfə final mərhələsində 48 komandanın çıxış edəcəyi turnir iyunun 11-dən iyulun 19-dək baş tutacaq.
İdman.biz