Aleks Meret daha iki il "Napoli"də

Xəbərlər
27 İyun 2025 18:38
29
Aleks Meret daha iki il "Napoli"də

Aleks Meret "Napoli"də qalmağa qərar verib.

İdman.biz xəbər verir ki, o, Neapol klubu ilə başa çatan müqaviləsini artırıb.

Tərəflər arasında yeni razılaşma iki illik nəzərdə tutulub. 28 yaşlı qapıçı 2027-ci ilin yayına kimi komandada çıxış edəcək.

Qeyd edək ki, Aleks 2018-ci ildən "Napoli"də çıxış edir. Meret ötən mövsümdə 18 oyunda qapısını toxunulmaz saxlayıb.

İdman.biz