Bosniyalı hücumçu "Fiorentina"da

Xəbərlər
16 İyun 2025 18:46
36
Bosniyalı hücumçu "Fiorentina"da

"Fənərbaxça"dan ayrılan Edin Dzekonun yeni komandası bəlli olub.

İdman.biz xəbər verir ki, bosniya və hersoqovinalı futbolçu karyerasını "Fiorentina"da davam etdirəcək.

39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq. Müddət mövsümün sonunda Dzekonun keçirəcəyi oyun sayından asılı olaraq, avtomatik uzadılacaq. O, Florensiya klubunda illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Edin İtaliyada əvvəllər "Roma" və "İnter" kimi komandaların da şərəfini qoruyub.

İdman.biz