Niderland yığmasının baş məşqçisi Ronald Kuman klublararası dünya çempionatının təşkilini qınayıb.
İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis bu addımların futbolçuların karyerasına zərbə olduğunu deyib.
"Əvvəllər də klublararası dünya çempionatı ilə bağlı fikrimi bildirmişəm. Onun keçirilməsi absurddur. Klublar bundan yaxşı pul qazanacaqlar, amma böyük titullar qazanmış futbolçuların orada oynamaqdan şad olduğunu təsəvvür etmək belə çətindir. Onlar futbolçuları məhv edirlər", - deyə "narıncılar"ın baş məşqçisi açıqlamasında bildirib.
Qeyd edək ki, Niderland yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 7-də Finlandiya, 3 gün sonra isə Malta komandaları ilə qarşılaşacaq.
İdman.biz