Türkiyə Super Liqasına yüksələn "Kocaelispor"un yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, növbəti mvsümdə komandaya Selçuk İnan rəhbərlik edəcək.
Bu barədə İzmit klubunun mətbuat xidmətindən məlumat yayılıb. İnanın son iş yeri "Qaziantep" olub. O, komandanı Super Liqada saxladıqdan sonra mayın əvvəlində istefa verib.
Qeyd edək ki, Türkiyə 1-ci Liqasının qalibi olan "Kocaelispor" baş məşqçi İsmet Taşdemirlə yollarını ayırıb.
İdman.biz