Leroy Sane "Bavariya" ilə anlaşa bilmədi

Xəbərlər
28 May 2025 19:21
34
Leroy Sane "Bavariya" ilə anlaşa bilmədi

Almaniyalı futbolçu Leroy Sane gələcəyi ilə bağlı qərar verəcək.

İdman.biz xəbər verir ki, o, "Bavariya"nı tərk etmək niyyətindədir.

29 yaşlı Münhen klubu ilə başa çatacaq müqaviləsini artırmaq niyyətində deyil. Sane bonuslarla birlikdə 15 milyon avoluq təklifdən imtina edib. Onun yenidən İngiltərə dönməsi gözlənilir. Leroy "Tottenhem"lə danışıqlar aparır.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz