Lionel Messi və Luis Suares futbol klubu yaradıblar.
İdman.biz xəbər verir ki, yeni klub "Deportivo LSM" adlanır.
Komanda Uruqvay çempionatının 4-cü divizionunda yarışacaq. Messi Suaresin biznes tərədaşı olub. Klubun adında LSM abyeviaturası futbolçuların adındakı baş hərifləri özündə əks etdirir.
Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, meydana çıxdığı 57 matçda 45 qol vurub, 21 ötürmə verib. Suares isə 2024-cü ilin yanvarında ABŞ təmsilçisinin şərəfini qoruyur. Uruqvaylı forvard 56 oyunda 30 qol və 20 ötürmə ilə yadda qalıb.
İdman.biz