Yamalın qərarı - daha 5 il "Barselona"da - VİDEO

Xəbərlər
27 May 2025 01:57
123
Yamalın qərarı - daha 5 il "Barselona"da - VİDEO

"Barselona" bu gün Lamin Yamalla yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, razılaşma 2031-ci ilə kimi nəzərdə tutulub.

Tərəflər arasındakı danışıqlar yekunlaşıb. Yamalla 2026-cı ilin yayında bitəcək müqavilənin daha 5 il uzadılmasında qərar verilib.

Qeyd edək ki, Lamin başa çatmış mövsümdə 55 oyunda 18 qol vurub. Yamal "Barselona" ilə İspaniya La Liqası, ölkə kuboku və superkuboku titullarını qazanıb.

İdman.biz