UEFA-dan qərar: Ev sahibləri seçmə mərhələsindən azad olmayacaq

Xəbərlər
21 May 2025 18:27
52
UEFA-dan qərar: Ev sahibləri seçmə mərhələsindən azad olmayacaq

UEFA İcariyyə Komitəsi AVRO-2028-in final mərhələsi ilə bağlı reqlamentə dəyişiklik edib.

İdman.biz xəbər verir ki, təşkilatçı ölkələr seçmə mərhələsindən azad olmayacaqlar.

Qurumun bu gün Bilbaoda keçirilən iclasında bununla bağlı müzakirələr aparılıb. Qəbul olunmuş qərara, əsasən, seçmə mərhələsində yığmalar 12 qrupda 4 və ya 5 komanda olmaqla mübarizə aparacaqlar. Qrup liderləri və ən yaxşı 8 ikinci yeri tutan ölkə birbaşa final mərhələsinə yüksələcək. Digər 4 vəsiqəsinin sahibi isə pley-off matçlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, 2028-ci ildə İngiltərə, Uels, Şotlandiya və İrlandiya ev sahibliyi turnirdə 24 milli mübarizə aparacaq.

İdman.biz