"Everton" malili futbolçu ilə yollarını ayırır

Xəbərlər
20 May 2025 20:19
38
"Everton" malili futbolçu ilə yollarını ayırır

Abdulaye Dukure mövsümün sonunda "Everton"u tərk edəcək.

İdman.biz xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Malili mərkəz yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddətini artırılmamasına qərar verilib. Dukure 2020-ci ildən "Everton"unun formasını geyinir. O, 165 matçda 21 qol vurub, 14 ötürmə verib.

Qeyd edək ki, 32 yaşlı transfer qiyməti 8 milyon avro dəyərləndirilir.

İdman.biz