"Əl-İttihad"dan yubiley çempionluq

Xəbərlər
16 May 2025 00:23
39
"Əl-İttihad"dan yubiley çempionluq

Səudiyyə Ərəbistanı Pro Liqasında 2024/2025 mövsümünün çempionu bəlli olub.

İdman.biz xəbər verir ki, "Əl-İttihad" tarixində 10-cu dəfə titula sahib çıxıb.

Ciddə təmsilçisi mövsümün bitməsinə 2 tur qalmış yubilley nailiyyəti təmin edib. "Əl-İttihad" 32-ci turda səfərdə "Əl-Raed"ə 3:1 hesabı ilə qalib gəlib. Bundan sonra 77 xal toplayan komanda ən yaxın izləyicisi "Əl-Hilal"ı 9 xal qabaqlayıb.

Qeyd edək ki, "Əl-İttihad" daha əvvəl 1982, 1997, 1999, 2000, 2001, 2003, 2007, 2009, 2023-cü illərdə çempion titulunu qazanıb.

İdman.biz