"Şaxtyor" 15-ci dəfə kuboku əldə edib

Xəbərlər
15 May 2025 02:27
33
"Şaxtyor" 15-ci dəfə kuboku əldə edib

Ukrayna kubokunda 2024/2025 mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, final matçında ölkənin iki ən güclü klubu üz-üzə gəlib.

"Şaxtyor"la Kiyev "Dinamo"su arasında keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və 6:5 hesabı ilə qalib gələn Donetsk təmsilçisi kuboka yiyələnib.

Qeyd edək ki, "Şaxtyor" tarixində 15-ci dəfə ölkə kubokunu qazanıb.

İdman.biz