Kilian Mbappe "Real"ın tarixinə düşüb.
İdman.biz xəbər verir ki, fransalı forvard debüt mövsümündə La Liqada ən çox qol vuran ilk futbolçu olub.
"Çalyorka" ilə görüşdə 28-ci dəfə fərqlənən Mbappe 1953/54 mövsümündə 27 dəfə fərqlənən əfsanəvi Alfredo Di Stefanonu arxada qoyub. İvan Samarano 1992/93, Kriştiano Ronaldo isə 2009/10 mövsümlərində 26 dəfə fərqləniblər.
Qeyd edək ki, Kilian klub tarixində debüt ilində 40 qol vuran ilk oyunçu ünvanına da sahib çıxıb.
İdman.biz